REGİONLAR


Yanvar-oktyabrda kənd təsərrüfatının ümumi məhsulunda 1,8 faiz artım olub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2016-cı ilin müvafiq dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələn ilin məhsulu üçün 690,1 min hektar sahədə şum qaldırılmış, 206,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 110,6 min hektar sahəyə isə arpa səpilib.

Həmçinin 2016-cı ilin 10 ayında 391,8 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1 milyon 673,2 min ton (2,9 faiz çox) süd, 1 milyon 345,6 milyon ədəd (4,3 faiz çox) yumurta, 16,9 min ton (1,0 faiz çox) yun istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.