İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında Azərbaycanda 6088 müəssisə və təşkilat yaradılıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycanda 6088 müəssisə və təşkilat (onların nümayəndəlikləri və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, hesabat dövründə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83094 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.