İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında BTC kəməri ilə 25,7 milyon ton xam neft ixrac olunub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 25,7 milyon ton (193 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 242 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 2006-cı ilin iyun ayında istismara verilən 1768 kilometr uzunluğa malik BTC boru kəməri ilə cari ilin üçüncü rübünün sonunadək ümumilikdə 341 milyon ton (təxminən 2,55 milyard barrel) xam neft nəql edilib və Ceyhan limanında 3 min 354 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Bu ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar sərf edilib.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.