İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37154,5 min ton olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 23496,1 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 10214,2 min tonu və ya 27,5 faizi dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 5518,4 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin 9 ayı ərzində dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.