İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında əhalinin gəlirləri 8,7 faiz artıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 32762,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3403,6 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 29735,4 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.