İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1171,4 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,3 faizi və ya 612,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.