İQTİSADİYYAT
Yanvar-sentyabrda ARDNF-in büdcə gəlirləri 6 618,6 milyon manat, büdcə xərcləri isə 3 823,1 milyon manat təşkil edib
Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823,1 milyon manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Bildirib ki, yanvar-sentyabr aylarında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 867 milyon manat olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 734,8 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 2 milyard 612,3 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]