İQTİSADİYYAT


Yanvarda 11 milyon barrel Azərbaycan xam nefti Asiya ölkələrinə istiqamətlənib

Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC

Bu ay rekord həcmdə - 11 milyon barrel Azərbaycan xam nefti Asiya ölkələrinə istiqamətlənib.

AZƏRTAC “reutters.com”a istinadla xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hasilatı azaltması ilə yarana biləcək hər hansı boşluğu doldurmaq üçün Avropa və Çin treyderləri tərəfindən bu ay Asiyaya Şimal dənizi və Azərbaycandan rekord həcmdə - 22 milyon barrel xam neft istiqamətlənib.

Şimal dənizindən istiqamətlənən xam neftin həcmi də 11 milyon barrel təşkil edib. Həmin xam neft artıq ya tankerlərdən boşaldılıb, ya da Asiya yolundadır.

“Asiyanın xam neftə ehtiyacı var. Avropanın isə bu tələbatı ödəyəcək nefti var. OPEC-in hasilatı azaltması neftin qiymətini qaldırıb ki, bu da Avropa neftinin Asiyaya nəqlini sərfəli edir”, - deyə treyderlərdən biri bildirib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən isə bildirilib ki, ötən ilin dekabr ayında SOCAR Asiya istiqamətində 5 milyon barrel, bu ilin yanvar ayında 1 milyon barrel göndərib. Yanvar ayında daha 3 milyon barrel Azərbaycan xam neftinin SOCAR tərəfindən Asiya istiqamətində göndərilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.