İQTİSADİYYAT
Yanvarda 5 milyard 233,1 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib
Bakı, 25 fevral, AZƏRTAC
2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5 milyard 233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib. Əlavə dəyərin 47,7 faizi sənayedə, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15,9 faizi isə digər sahələrdə istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edib.