İQTİSADİYYAT
Yanvarda Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 70 faizə yaxın artıb
Bakı, 20 fevral, AZƏRTAC
2017-ci ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 milyon 653,49 min manat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 70 milyon 26,83 min manat və ya 67,57 faiz artıb.
Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 milyon 217,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 milyon 631,39 min manat, aksizlər üzrə 2 milyon 691,77 min manat, yol vergisi üzrə isə 2 milyon 113,27 manat təşkil edib.