İQTİSADİYYAT


Yanvarda ölkə üzrə 2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Bakı, 19 fevral, AZƏRTAC

Yanvar ayında “Azərenerji” ASC tərəfindən ölkə enerjisi sistemində 2,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.