MƏDƏNİYYƏT


“Yanvarın 13 günü” Bruklində

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Nyu-Yorkda kitabsevənlərin ən çox üz tutduğu məkanlardan olan, kitab satışı ilə yanaşı, həm də mütəmadi olaraq yeni kitabların təqdimatlarını, tanınmış yazıçıların imza günlərini, onlarla görüşləri təşkil edən Bruklindəki “Sankt-Peterburq” kitab mağazasında IWU (Beynəlxalq Yazıçılar Birliyi) təsisatının MDB və Rusiya nümayəndəliyi Nyu-yorklu kitabsevənlər üçün kifayət qədər uğur qazanmış yeni rusdilli kitabların təqdimatını keçirib.

AZƏRTAC Rusiyanın Subkultura portalına istinadla xəbər verir ki, oxuculara Tamara Buleviç, Anatoliy İzotov, Mark Boykov, Saşa Kruqosvetov, Andrey Aksyonov kimi tanınmış yazıçıların, o cümlədən həmyerlimiz Varis Yolçuyevin Moskvada, nüfuzlu “Müasirlər və klassiklər” seriyasından çıxan kitabları təqdim edilib.

Varisin bu seriyadan çıxan kitabı “Yanvarın 13 günü” adlanır. Əsər 13 gün ərzində yazıçının düşüncələrindən və hər günün sonunda yazdığı hekayədən ibarətdir. Burada insan və cəmiyyətin qarşılıqlı münasibəti, xeyir və şərin əbədi mübarizəsinin müasir dövrdəki imitasiyası, yeni minilliyin insanın şəxsi “eqo”sunu korroziyaya uğratmaq cəhdi kimi mövzulardan söz açılır.

“Yanvarın 13 günü” əsərində bəzən ştrixlərlə, bəzən də dolğun şəkildə Qarabağ mövzusuna da toxunulur, əcnəbi oxuculara Azərbaycan dövləti və xalqı barədə maraqlı məlumatlar ötürülür.

Qeyd edək ki, birinci cildini Lev Tolstoyun “Hərb və sülh” romanı, 40 cildini Rusiya nəsrinin qızıl və gümüş dövr yazıçılarının əsərlərini əhatə edən, 30 cildi isə 2015-ci il Beynəlxalq Moskva Ədəbi Mükafatının finalçılarına ayrılan 70 cildlik “Müasirlər və klassiklər” seriyasının kitabları hazırda Amerikanın, Qərbi Avropanın və Rusiyanın kitab mağazalarında müvəffəqiyyətlə satılmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.