İQTİSADİYYAT


Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq

A+ A

Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC

Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Qars valisi Rəhmi Doğan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununla da yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək.

Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.