İQTİSADİYYAT


“Yapı Kredi Bank Azərbaycan”da əhalinin əmanətləri 85 faiz artıb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

“Yapı Kredi Bank Azərbaycan”ın bu ilin 9 ayında cari və əmanət hesablarındakı vəsaitlər ötən illə müqayisədə 90 faiz, o cümlədən əhalinin əmanətləri 85 faiz artıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın kassalarında və müxbir hesablarındakı pul vəsaitlərinin həcmi ötən ilin ilk 9 ayının sonu ilə müqayisədə 152 faiz artaraq 211.832 milyon manat olub.

“Yapı Kredi Bank Azərbaycan”ın idarə heyətinin sədri Cenk Yüksel qeyd edib ki, bank müştərilərinə yüksək qazanclı, eyni zamanda sığortalı əmanət məhsulu təklif etməklə yanaşı, onların güvənini doğrultmaq üçün düzgün strategiya ilə fəaliyyətini davam etdirir. Avropanın 17 ölkəsində mövcud olan təcrübəmiz əsasında formalaşdırdığımız xidmət və məhsullarımızı daim Azərbaycan müştərilərinin xidmətinə təqdim edirik.

Bank xalis əməliyyat mənfəətini 171 faiz artıraraq 13.018 milyon manata çatdırıb. Bundan əlavə, bankın qeyri-faiz gəlirlərində də artım olub. Eyni dövrlə müqayisədə bu il sentyabr ayının sonuna qeyri-faiz gəlirləri 92 faiz artaraq 9.708 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.