DÜNYA


Yapon alimləri ikinci dəfə şimpanzedə Daun sindromu aşkar ediblər

Tokio, 27 fevral, AZƏRTAC

Yaponiyanın Kioto Universitetinin Vəhşi Təbiətin Tədqiqi Mərkəzinin alimlər qrupu tarixdə ikinci dəfə şimpanzeyə Daun sindromu diaqnozu qoyublar.

Kanako adlı 24 yaşlı dişi meymun həmin mərkəzdə saxlanılır.

Professor Sataşi Hiratanın başçılıq etdiyi qrupun üzvləri şimpanzedə Daun sindromu aşkar edilən kimi onun xromosomlarını tədqiq ediblər.

S.Hirata ümid etdiyini bildirib ki, Kanakonun davranışının dərindən öyrənilməsi bu sindrom barədə daha çox məlumat əldə etməyə imkan yaradacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.