DÜNYA


Yapon məhkəməsi ABŞ hərbi aviasiyasının səsindən zərər çəkən sakinlərin tələbini ödəyib

A+ A

Tokio, 18 noyabr, AZƏRTAC

Noyabrın 17-də Okinava dairə məhkəməsinin Naha bölməsi bu ərazidə yerləşən ABŞ hərbi bazasına məxsus aviasiyanın yaratdığı səs-küy nəticəsində dəyən zərərə görə mərkəzi hökumət orqanlarının yerli əhaliyə 22 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Bununla yanaşı, məhkəmə sakinlərin müəyyən edilmiş standartları aşan səs-küyün qarşısının alınması barədə tələbini rədd edib.

ABŞ-ın Futemmada yerləşən dəniz piyadaları korpusunun aviapostu ətrafında yaşayan təqribən 3400 sakin 2012-ci ildə mərkəzi hökumətə qarşı iddia qaldırıb. Onlar hökumətdən aviasiyanın yaratdığı səs-küyü mövcud standartlar səviyyəsinə qədər azaltmaq üçün tədbirlər görməyi və əhalinin sağlamlığına dəyən zərərə görə kompensasiya ödəməyi tələb edirdilər.

Məhkəmə prosedurları zamanı iddiaçılar bildiriblər ki, aviasiyanın yaratdığı səs-küy yatmağa imkan vermir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Hökumət bu iddiaları əsassız sayırdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.