DÜNYA


Yapon məktəblilər nüvə silahının ləğvi barədə petisiya üçün rekord sayda imza toplayıblar

Tokio, 12 avqust, AZƏRTAC 

Yaponiyanın tam orta məktəblərinin şagirdləri nüvə silahının ləğvi ilə əlaqədar BMT-yə ünvanlanan petisiya üçün rekord sayda imza toplayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın atom bombardmanına məruz qalmış Naqasaki şəhərinin və digər rayonlarının məktəbliləri hər il belə petisiya üçün imza toplayırlar.

Avqustun 11-də Naqasakidə görüşən məktəblilər cari ildə topladıqları imzaların ümumi sayını hesablayıblar. Məlum olub ki, cari ildə 214 min 300 məktəbli bu petisiyaya imza atıb. Bu, ötənilki göstəricidən 90 min imza çoxdur. Kampaniyanın aparıldığı veb-saytın məlumatına görə, petisiyanı imzalayanlar arasında 8 min 418 imza Koreya Respublikası, İsveçrə, Yeni Zelandiya və Filippin məktəblilərinə məxsusdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.