DÜNYA


Yapon nümayəndə heyəti Etorof adasındakı obyektlərlə tanış olub

Tokio, 30 iyun, AZƏRTAC

Yaponiya nümayəndə heyəti Rusiyanın nəzarəti altında olan, lakin bu ölkənin də iddia etdiyi dörd adadan birində - Etorof adasındakı obyektlərlə tanış olub. Hökumət və özəl sektor üzvlərinin qatıldığı təqribən 70 nəfərlik nümayəndə heyəti iyunun 29-da Etorof adasına gəlib.

NHK telekanalının bildirdiyinə görə, səfərin məqsədi Yaponiya və Rusiyanın bu adalarda birgə təsərrüfat fəaliyyəti ilə bağlı layihələri araşdırmaqdır. Dörd qrupa bölünən nümayəndə heyətinin üzvləri adada balıqçılıq təsərrüfatı, səhiyyə müəssisələri və digər obyektlərlə tanış olublar. Turizm üzrə qrupun üzvləri isə vulkanın yaxınlığında yerləşən istisu mənbələri və yataq yerlərinə baxıblar.

İyunun 30-da nümayəndə heyətinin Şikotan adasına gedəcəyi və buradakı obyektlərlə tanış olacağı bildirilir.

Yaponiya hökuməti bu adaların ölkənin ayrılmaz tərkib hissəsi olduğu və II Dünya müharibəsi nəticəsində qeyri-qanuni işğal edildiyi barədə dəyişməz mövqeyində qalır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.