DÜNYA


Yapon rəssamın hava şarından düzəltdiyi heykəllər görənləri heyran qoyur

Tokio, 7 iyun, AZƏRTAC

Yapon rəssam Masayoşi Matsumoto hava şarlarından düzəltdiyi qeyri-adi heykəlləri ictimaiyyətə təqdim edib. Adi hava şarlarından mürəkkəb fiqurlar düzəldən rəssam bu sənətdə çox irəli gedib.

Həvəskar-heykəltəraş öz yaradıcılığı haqda deyib: “Mən yeddi il bundan əvvəl bu cür heykəllər düzəltməyə başlamışam. Vəhşi təbiətə olan marağım məni hava şarlarından animasiya heykəlləri düzəltməyə həvəsləndirdi”.

Qeyd edək ki, hər bir fiquru düzəltmək üçün rəssama 2-6 saat vaxt lazım olur və o, bu fiqurları düzəldərkən heç bir əlavə alətdən istifadə etmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.