DÜNYA


Yapon şirkəti mini raketin buraxılışına hazırlaşır

Tokio, 14 iyul, AZƏRTAC

Yaponiyanın “Interstellar Technologies” şirkəti bu ayın sonlarında kosmosa mini raketin buraxılışına hazırlaşır. Layihənin uğurlu alınacağı təqdirdə, bu, bütünlüklə özəl şirkət tərəfindən hazırlanan ilk raket buraxılışı olacaq. Bu günlərdə şirkət yeni raketin bəzi hissələrini kütləvi informasiya vasitələrinə nümayiş etdirib.

“Interstellar Technologies” şirkəti Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının Tayki şəhərində yerləşir. Burada cəmi 14 əməkdaş çalışır.

Hazırda şirkət uzunluğu 10 metr, diametri 50 santimetr olan mini raketin yığılması ilə məşğuldur. Mini raketin iyulun 29-da kosmosa buraxılması planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.