DÜNYA


Yapon şirkətləri Tokio-2020 Olimpiadasında süni intellektdən istifadəni planlaşdırırlar

Tokio, 25 dekabr, AZƏRTAC.

Yaponiyanın elektronika sahəsində tanınmış şirkətləri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı süni intellektin istifadə olunduğu yeni texnologiyaların tətbiqini planlaşdırırlar.

Belə ki, “Fujitsu” şirkəti gimnastların yerinə yetirdiyi hərəkətlər zamanı hakimlərin çətinlik çəkdiyi məqamları yüngülləşdirmək və hər bir hərəkəti dəqiq qiymətləndirmək üçün yeni süni intellekt texnologiyası hazırlayır.

Şirkətdən bildirildiyinə görə, yeni üçüölçülü sensorlar saniyədə 2 milyon 300 min lazer şüası buraxmağa imkan verir. Bu, gimnastın skeletinin bütün hərəkətlərini göstərməklə, onun bədəninin aldığı vəziyyətləri tam təhlil etməyə şərait yaradır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.