DÜNYA
Yapon şirkətləri muxtar idarəetməyə malik suşi daşıyan avtomobil yaradıblar
Tokio, 13 iyul, AZƏRTAC
İki yapon şirkəti sifarişçilərin tələbinə uyğun olaraq ünvanlara suşi daşıyan muxtar idarəetmə sisteminə malik avtomobil yaradıb.
Həmin avtomobil yeni yaradılan ZMP şirkəti və yeməklərin ünvanlara çatdırılması biznesi ilə məşğul olan “RIDE ON EXPRESS” şirkəti tərəfindən yaradılıb. Bu avtomobilin uzunluğu 1,3 metrə, hündürlüyü 1 metrə bərabərdir. Saatda 6 kilometr sürətlə hərəkət edən avtomobil sifariş yerinə 60 porsiya suşi çatdırmaq iqtidarındadır.
Sifarişçilər yeməyi smartfonlar vasitəsilə sifariş edirlər. Sifariş çatdırılan zaman isə həmin smartfonu avtomobilin qapısına yaxınlaşdırmaqla yeməyi götürmək olar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]