DÜNYA


Yapon tədqiqatçılar lokal şiddətli yağışı proqnozlaşdıran sistem yaradıblar

Tokio, 15 mart, AZƏRTAC

Yapon tədqiqatçılar qrupu şiddətli yağışları əvvəlcədən proqnozlaşdıran sistem yaratdıqlarını bəyan ediblər.

Yeni sistem rəqəmsal radioda olan dalğalar növündən istifadəni nəzərdə tutur. Atmosferdə buxarlanmanın miqdarı artdığı və yağışlı buludların yaranmasına şərait yarandığı zaman siqnalların ötürülməsində fasilə yaranır. Sistem hesablamanı həmin fasilələrə əsasən aparır.

Tədqiqatçılar yeni sistemi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək istifadəyə verməyi planlaşdırırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.