DÜNYA


Yaponiya 2016-cı ildə rekord sayda viza verib

Tokio, 5 iyun, AZƏRTAC 

Yaponiya 2016-cı ildə xarici turistlərə rekord sayda viza verib. NHK telekanalının Xarici İşlər Nazirliyinə istinadla yaydığı məlumatda bildirilir ki, Yaponiyanın səfirlikləri və konsulluqları ötən il təqribən 5 milyon 380 min viza verib və bu, əvvəlki illə müqayisədə 13 faiz çoxdur.

Vizaların 78 faizi çinli turistlərə verilib. Çinli turistlər, eyni zamanda, 300 min çoxgirişli viza alıblar ki, bu da əvvəlki ilin göstəricisindən təqribən iki dəfə çoxdur.

XİN əməkdaşlarının sözlərinə görə, yüksək göstəricinin səbəbi viza prosedurlarının sadələşdirilməsi və aviareyslərin sayının artırılması olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.