DÜNYA


Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Şimali Koreyaya qarşı əməkdaşlıq barədə razılığa gəliblər

Tokio, 7 iyul, AZƏRTAC

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Şimali Koreyaya qarşı təzyiqləri artırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammiti ərəfəsində, iyulun 6-da Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreyanın dövlət başçısı Munçje İn ilə görüşüb.

NHK telekanalının yaydığı məlumata görə, bu, Yaponiya, ABŞ və Cənubi Koreya liderlərinin ötən ilin martından bəri ilk yüksək səviyyəli görüşləridir.

Söhbət zamanı Ş.Abe Şimali Koreyanın bəyan etdiyi uğurlu qitələrarası raket sınağı barədə danışıb. Baş nazir deyib ki, bu, Pxenyanın beynəlxalq ictimaiyyətin tələblərinə ciddi cavab vermək niyyətində olmadığını təsdiq edir.

Ş.Abe əlavə edib ki, beynəlxalq ictimaiyyət raket buraxılışına görə Şimali Koreyaya təzyiqləri artırmalıdır. Dialoq naminə dialoq aparmaq mənasızdır və Pxenyanı ciddi şəkildə danışıqlara məcbur etmək üçün təzyiqləri artırmaq lazımdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.