DÜNYA


Yaponiya, ABŞ və Hindistan birgə hərbi-dəniz təlimlərinə başlayıblar

Tokio, 12 iyul, AZƏRTAC 

Yaponiya, ABŞ və Hindistan Hind okeanında birgə hərbi-dəniz təlimlərinə başlayıblar. NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə bu üç ölkəyə məxsus 18 esmines, aviadaşıyıcı gəmi və sualtı qayıqlar iştirak edir.

İyulun 10-da Yaponiya, ABŞ və Hindistanın hərbi-dəniz komandanlığının nümayəndələri Hindistanın Çennay şəhərində təlimlərlə bağlı birgə mətbuat konfransı keçiriblər.

Hindistan hərbi-dəniz qüvvələrinin vitse-admiralı Hariş Bişt deyib ki, təlimlər üç ölkə arasında mövcud olan strateji ittifaqın möhkəmliyini nümayiş etdirəcək.

Yaponiya özünümüdafiə qüvvələrinin vitse-admiralı Hiroşi Yamamura isə qeyd edib ki, Hind okeanında sabit və açıq dəniz nəqliyyatının fəaliyəti hər üç ölkə üçün mühüm əhəmiyyətə malikdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.