DÜNYA


Yaponiya, ABŞ və Koreya Respublikasının müdafiə nazirləri Şimali Koreya məsələsini müzakirə ediblər

Tokio, 4 iyun, AZƏRTAC 

Yaponiya, ABŞ və Koreya Respublikasının müdafiə nazirləri Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar əməkdaşlıq barədə razılığa gəliblər.

Yaponiyanın müdafiə naziri Tomomi İnadanın ABŞ-lı həmkarı Cim Mettis və Koreya Respublikasının müdafiə idarəsinin rəhbəri Xan Min Qu ilə görüşü iyunun 3-də Sinqapurda təhlükəsizlik məsələlərinə həsr edilən ənənəvi illik konfrans çərçivəsində baş tutub.

Nazirlər belə bir qənaətə gəliblər ki, Pxenyanın nüvə və raket sınaqları regionla yanaşı bütün dünyada təhlükəsizliyə ciddi təhdiddir.

Bununla əlaqədar, nazirlər müdafiə məqsədilə, ballistik raketlərin yaratdığı təhlükənin aradan qaldırılması üçün təlimlərin davam etdirilməsi, qarşılıqlı informasiya mübadiləsi və birgə fəaliyyətlə bağlı digər tədbirlər barədə də razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.