DÜNYA
Yaponiya Ətraf Mühit Nazirliyinin “Qırmızı kitab”ının yeni buraxılışı nəşr olunub
Tokio, 27 mart, AZƏRTAC
Yaponiya Ətraf Mühit Nazirliyinin “Qırmızı kitab”ının yeni buraxılışı nəşr olunub. Nazirliyin “Qırmızı Kitab”da məhv olmaq təhlükəsi ilə üzləşən heyvan növləri yer alıb. Buraya dəniz faunasının 56 növü, o cümlədən nəhəng köpək balığı və dəniz xanısı da daxil edilib.
Nazirlik ilk dəfə Yaponiya ətrafındakı sularda məskunlaşan dəniz heyvanlarının qiymətləndirilməsini həyata keçirib.
NHK telekanalının verdiyi məlumata görə, nəşr tarixinə görə sonuncu olan “Qırmızı kitab” dəniz faunasının balıqlar, mərcan rifləri, xərçəngkimilər də daxil olmaqla, təqribən 10 min növünün qiymətləndirilməsi nəticəsində ərsəyə gəlib.
Nazirlikdən bildiriblər ki, yox olmaq təhlükəsi ilə üzləşən fauna növlərinin müdafiəsinin gücləndirilməsi ilə yanaşı, statusu hələlik məlum olmayan digər növlər üzrə də araşdırmalar davam etdiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio