DÜNYA
Yaponiya Baş naziri girovun azad edilməsi ilə bağlı yaranmış böhranlı vəziyyətlə əlaqədar iclas keçirib
Tokio, 31 yanvar, AZƏRTAC
İŞİD tərəfindən girov götürülmüş Kenzo Qotonun azad edilməsi ilə bağlı yaranmış böhranlı vəziyyətlə əlaqədar Yaponiyanın Baş naziri Şinzo Abe yanvarın 31-də axşam öz iqamətgahında xüsusi iclas keçirib. İclasda Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa və xarici işlər naziri Fumio Kişida iştirak ediblər.
Baş nazirə son informasiyalar nəzərə alınmaqla yaranmış vəziyyət haqqında məlumat verilib. Sonra iclas iştirakçıları bundan sonra atılacaq addımları müzakirə ediblər.
İclasdan sonra Yoşihide Suqa jurnalistlərə bildirib ki, Ş.Abe yaranmış vəziyyəti son dərəcə əlverişsiz adlandırıb. Baş nazir Y.Suqaya və F.Kişidaya göstəriş verib ki, İordaniya və digər qonşu ölkələrlə əməkdaşlıq şəraitində Kenzo Qotonun azad olunması üçün gərgin və hərtərəfli işi davam etdirsinlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]