DÜNYA


Yaponiya Baş nazirinin Filippin, Avstraliya, İndoneziya və Vyetnama səfəri başlayıb

A+ A

Tokio, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də Yaponiyanın Baş naziri Şinzo Abenin Filippin, Avstraliya, İndoneziya və Vyetnama səfəri başlayıb. Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Asiya-Sakit okean regionu ölkələri ilə əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan baş katib qeyd edib ki, səfər çərçivəsində Yaponiyanın bu ölkələrin hər biri ilə əməkdaşlığı möhkəmləndiriləcək.

Yanvarın 12-də Baş nazir Şinzo Abenin Filippin Prezidenti Rodriqe Duterte ilə görüşü planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.