DÜNYA


Yaponiya-Çin-Koreya Respublikası üçtərəfli sammiti təxirə salınıb

A+ A

Tokio, 14 dekabr, AZƏRTAC.

Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib ki, dekabrda Tokioda keçirilməsi nəzərdə tutulan Yaponiya-Çin-Koreya Respublikası üçtərəfli sammiti gələn il baş tutacaq.

Sammitin təxirə salınmasına Koreya Respublikasının Prezidenti Pak Kın Henin impiçmenti ilə bağlı parlamentdəki səsvermə səbəb olub.

F.Kişida jurnalistlərə müsahibəsində bildirib ki, bu barədə Çinin və Koreya Respublikasının müvafiq qurumlarına xəbərdarlıq edilib. Yaponiya sammitin gələn il keçirilməsi vaxtını maraqlı tərəflərlə razılaşdıracaq. Bu üç ölkə arasında sammitin təşkili böyük əhəmiyyətə malikdir. Yaponiya görüşün tezliklə keçiriləcəyinə ümid edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.