DÜNYA


Yaponiya, Çin və Cənubi Koreya liderlərinin sammiti təxirə salına bilər

Tokio, 30 iyun, AZƏRTAC

Yaponiya hökuməti nümayəndələrinin bildirdiyinə görə, Çin, Cənubi Koreya və Yaponiya liderlərinin iştirakı ilə iyulun sonlarına planlaşdırılan üçtərəfli sammitin təşkili çox çətin olacaq.

Yaponiya tərəfi sammitlə əlaqədar Çin və Cənubi Koreya hökumətlərinin mövqelərini araşdırmağa çalışıb. Bildirildiyinə görə, Çin ilə Cənubi Koreya arasında münasibətlər son vaxtlar xeyli gərginləşib. Buna səbəb kimi Cənubi Koreyanın öz ərazisində ABŞ-ın THAAD raket əleyhinə müdafiə sistemini yerləşdirməsi göstərilir. Qeyd olunur ki, həmin sistemin yerləşdirilməsi üç ölkənin liderlərinin gələn aya planlaşdırılan sammitinin təşkilinə problemlər yarada bilər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.