DÜNYA
Yaponiya Demokratik Partiyasının sədri vəzifəsi uğrunda mübarizə başlayıb
Tokio, 21 avqust, AZƏRTAC
Yaponiyanın müxalifətdə olan Demokratik Partiyasının sədri vəzifəsini tutmaq üçün mübarizəyə start verilib.
AZƏRTAC xəbər verir ki, avqustun 21-də keçmiş xarici işlər naziri Seyci Maehara və Nazirlər Kabinetinin sabiq baş katibi Yukio Edano həmin vəzifəni tutmaq üçün namizədliklərini irəli sürüblər.
Partiyanın sabiq sədri xanım Renho istefa verdikdən sonra yeni sədr seçkilərinin sentyabrın 1-də keçirilməsi qərara alınıb.
Ötən ay Tokio Assambleyasına seçkilərdə məğlubiyyətə uğradıqdan sonra xanım Renho gözlənilmədən istefa verdiyini bəyan etmişdi.
Parlamentin aşağı palatasına seçkilər ərəfəsində digər müxalif partiyalarla əməkdaşlıq, o cümlədən iqtisadi və enerji siyasətinin kampaniya zamanı əsas mövzular olacağı gözlənilir.
Sentyabrın 1-də keçiriləcək seçkilərdə Demokratik Partiyadan olan 140 deputatın və partiyanın ümumi seçkilərdə irəli sürməyə hazırlaşdığı 120 namizədin səs verəcəyi gözlənilir. Onlara yerli assambleyaların 1500 üzvünün və ümumilikdə 228 min partiya üzvünün qoşulacağı da bildirilir. Səsvermənin nəticələrinin həmin gün elan olunacağı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]