DÜNYA


Yaponiya Demokratik Partiyasının yeni lideri sentyabrda seçiləcək

Tokio, 2 avqust, AZƏRTAC

Yaponiyanın əsas müxalifət partiyası olan Demokratik Partiyanın yeni sədr seçkiləri sentyabrın 1-də keçiriləcək. Bu barədə qərar partiyanın rəhbər heyətinin avqustun 1-də keçirilən toplantısında qəbul edilib.

Yeni sədr seçkilərinə zərurət əvvəlki lider xanım Renhonun iyulun 27-də istefa verməsi barədə bəyanatından sonra yaranıb.

Partiyanın yeni sədri vəzifəsi uğrunda sabiq xarici işlər naziri Seyzi Maeharanın və Nazirlər Kabinetinin sabiq baş katibi Yukio Edanonun mübarizə aparacağı gözlənilir. Əgər onlardan birincisi müdafiə məsələlərində konservativ baxışları ilə tanınırsa, ikincinin Yaponiya Demokratik Partiyasının liberal qanadını dəstəklədiyi bildirilir. Bu barədə yaxın həftələrdə rəsmi bəyanat veriləcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.