DÜNYA


Yaponiya Donald Trampın yenin məzənnəsi ilə manipulyasiya edilməsi barədə sözlərinə etirazını bildirib

Tokio, 1 fevral, AZƏRTAC

Yaponiya yenin məzənnəsinin endirilməsi üçün manipulyasiya ilə məşğul deyil. Bu barədə fevralın 1-də keçirilən mətbuat konfransında Nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.

Yanvarın 31-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaponiya qəsdən öz milli valyutasının məzənnəsini endirərək dünya bazarında məhsullarının rəqabətə davamlılığını artırır. D.Tramp Yaponiya və Çini nəzərdə tutaraq qeyd edib ki, bu ölkələr öz valyutalarını devalvasiya və intervensiya edərək, dünya bazarında ABŞ-ı ötməyə çalışırlar.

Y.Suqa deyib: “Bunun heç bir əsası yoxdur. Bazarda sabitlik lazımdır. Biz valyuta bazarlarında baş verənləri həm diqqətlə, həm də gərgin şəraitdə izləyirik”.

D.Trampın sözləri fonunda Nyu-York birjasında yenin məzənnəsi kəskin artaraq 1 dollar üçün 112 yenə bərabər olub. Tokio birjasında isə fevralın 1-də 1 dollar 113 yen həddində satılır.

Yaponiyanın maliyyə dairələri ABŞ-ın yeni administrasiyasının valyuta siyasətinə narahatlıq üçün əsas kimi baxırlar. Bu mövzunun Yaponiyanın Baş nazirinin ABŞ Prezidenti ilə fevralın 10-da baş tutacaq görüşündə müzakirə olunacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.