DÜNYA
Yaponiya İmperatoru Akihito taxt-tacı sağlığında təhvil verə biləcək
Tokio, 9 iyun, AZƏRTAC
Son iki əsrdə ilk dəfə olaraq, Yaponiya İmperatoruna taxt-tacdan sağlığında getməyə icazə verildi.
NHK telekanalının yaydığı məlumatda bildirilir ki, ölkə parlamenti bununla əlaqədar qanun qəbul edib. Həmin qanun yalnız İmperator Akihitoya şamil edilib.
Qanun layihəsi iyunun 9-da parlamentin yuxarı palatasının deputatları onun qəbuluna səs verdikdən sonra qüvvəyə minib.
Ötən ilin avqustunda İmperator yaşının çoxluğu ilə əlaqədar vəzifələrinin öhdəsindən gələ bilməyəcəyi ilə bağlı narahatlığını bildirmişdi. Hazırda onun 83 yaşı var.
Yeni qanuna əsasən o, taxt-tacı böyük oğlu, vəliəhd-şahzadə Naruhitoya təhvil verə biləcək.
Yaponiya hökuməti İmperatorun taxtdan imtina edəcəyi tarixi dəqiqləşdirəcək. Qanuna görə bu, qarşıdakı üç il ərzində baş verə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]