DÜNYA


Yaponiya İmperatoru taxt-tacdan imtina etmək qərarına gəlib

A+ A

Tokio, 13 iyul, AZƏRTAC

Yaponiya İmperatoru Akihito yaxın bir neçə ildə taxt-tacdan imtina etmək qərarına gəlib. NHK televiziya kanalının yaydığı məlumata əsasən, İmperator bu barədə yaxın köməkçilərinə məlumat verib.

Akihito taxt-tacı 56 yaşlı vəliəhd-şahzadə Naruhitoya həvalə edəcək. İmperatora yaxın mənbələrin bildirdiyinə görə, Akihito səhhəti onun üzərinə düşən vəzifələri yerinə yetirməyə imkan verməməsi səbəbindən taxt-tacdan uzaqlaşmaq istəyir.

NHK-nın məlumatına görə, İmperator bu barədə ailə üzvlərini də xəbərdar edib. İmperator Sarayının İşlər İdarəsinin Akihitonun müvafiq bəyanatla xalqa müraciət etməsi üçün münasib vaxt axtardığı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.