DÜNYA
Yaponiya İordaniyaya maliyyə yardımı göstərəcək
Tokio, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Yaponiyanın Baş naziri Şinzo Abe Tokioda rəsmi səfərdə olan İordaniya kralı II Abdullah ilə görüşüb. Suriyadakı vətəndaş müharibəsindən xilas olmaq üçün İordaniyaya üz tutan çoxsaylı qaçqınları qəbul etdiyinə görə minnətdarlığını bildirən Ş.Abe bu Yaxın Şərq ölkəsinə maliyyə yardımı göstərməyə hazır olduqlarını bildirib.
Görüş zamanı Ş.Abe qeyd edib ki, İordaniya çoxsaylı suriyalı qaçqınları qəbul etməklə bərabər, terrorizmə və separatizmə qarşı mübarizədə də mühüm rol oynayır.
Yaponiyanın Baş naziri terrorizmlə mübarizə və infrastrukturun yaxşılaşdırılması ilə əlaqədar İordaniyaya aşağı faizlə 286 milyon dollar ayrılması barədə qərar qəbul edildiyini deyib.
Kral Abdullah ayrılan yardıma görə təşəkkürünü bildirib. Qeyd edib ki, qaçqınlar problemi çox ciddi humanitar böhrandır və bu, İordaniyanın dövlət büdcəsi üçün ağır yükdür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]