İDMAN


Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisindən yazırlar

Tokio, 25 iyun, AZƏRTAC 

Yaponiyanın idmansevərləri arasında geniş nüfuzu olan KİV-lər bu günlər Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edir.

İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir.

“Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar.

Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.

Yaponiyanın nüfuzlu “formula1-data.com.gp”, “www.as-web”, “f1.sokuho.mopita.com”, “www.izito.jp”, “sports.skyperfekt.co.jp/motor/”, “F1-Gate.com”, “f1.express.cnc.ne.jp” internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.

Yaponiya KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə də geniş xəbərlər öz əksini tapıb.

http://formula1-data.com/race/azerbaijan  

https://www.as-web.jp/f1/133592  

http://f1sokuho.mopita.com/pc/free/index.php?uid=NULLGWDOCOMO&pass=&page=news/sp/body&no=110484&tt=1170  

http://f1express.cnc.ne.jp/column/owari/index.php?cat_id=263&teiko_id=283266&archive_flg=&now_page=1  

https://f1-gate.com/azerbaijangp/f1_37254.html  

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.