DÜNYA


Yaponiya KXDR tərəfindən buraxılan ballistik raketlərin məhv edilməsi barədə əmrin müddətini uzadıb

A+ A

Tokio, 1 noyabr, AZƏRTAC

Kyodo News agentliyinin noyabrın 1-də yaydığı məlumata görə, Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan ballistik raketlərin vurulması barədə əmrin icra müddətini üç ay uzadıb.

Məlumatda deyilir ki, hökumət KXDR tərəfindən ballistik raketlərin buraxılmasına hazırlaşır və Yaponiya özünümüdafiə qüvvələrinə həmin raketlərin məhv edilməsi barədə verilən və icra müddəti noyabrda başa çatan əmrin daha üç ay uzadılması barədə qərar qəbul edib.

Yaponiya hökuməti KXDR tərəfindən bu raketlərin yeni sınaqları zamanı ölkə üçün təhlükə yaranacağından ehtiyat edir. Belə ki, sentyabrın 5-də Pxenyanın keçirdiyi üç ballistik raketin sınağı zamanı həmin raketlər min kilometr məsafəni qət edərək Yaponiyanın hava hücümundan müdafiə zonasına çatıb. Həmin vaxt Yaponiya bu raketləri vurmayıb.

Bundan dərhal sonra sentyabrın 9-da Pxenyan BMT Təhlükəsizlik Şurasının qadağalarına baxmayaraq, beşinci nüvə sınağını keçirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.