DÜNYA


Yaponiya Kuril adalarına yeni adların verilməsi ilə əlaqədar Rusiyaya etirazını bildirib

Tokio,14 fevral, AZƏRTAC

Yaponiya Kuril adaları silsiləsinə daxil olan adsız adalara yeni adların verilməsi ilə bağlı Rusiya Federasiyasına etirazını bildirib. Bu barədə fevralın 14-də jurnalistlərə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Rusiyanın Baş naziri Dmitri Medvedev Kuril adaları silsiləsinə daxil olan beş adaya tanınmış rus ictimai-siyasi xadimlərinin adlarının verilməsi barədə sərəncam imzalayıb.

Y.Suqanın sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Bu bizim ölkənin mövqeyinə cavab vermir və təəssüf hissi doğurur. Bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı göndərmişik”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.