DÜNYA


Yaponiya SS-520 miniraketinin kosmosa buraxılışını təxirə salıb

Tokio, 11 yanvar, AZƏRTAC

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) əlverişsiz hava şəraitinə görə SS-520 miniraketinin kosmosa buraxılışını təxirə salıb. Xəbər verdiyimiz kimi, bu, süni peyki orbitə çıxarmağa qadir olan ən kiçik raketlərdən biridir.

Agentlik həmin raketi yanvarın 11-də ölkənin cənub-qərbində yerləşən Uçinoura Kosmik Tədqiqatlar Mərkəzindəki uçuş meydançasından kosmosa buraxmağı planlaşdırırdı.

JAXA-nın nümayəndələrinin bildirdiyinə görə, raketin buraxılışı son anda uçuş meydançasında küləyin güclənməsi səbəbindən təxirə salınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.