DÜNYA


Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

Tokio, 28 may, AZƏRTAC 

Yaponiya Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən keçirilən ballistik raket sınaqları ilə əlaqədar öz sanksiyalar paketini hazırlayır.

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların qəbulu zamanı Rusiya və Çinin də dəstəyinə ümid edir. Lakin bu iki ölkənin Pxenyan ilə dialoqa üstünlük verməsi səbəbindən Tokio Şimali Koreyaya qarşı öz sanksiyalarını tətbiq etmək qərarına gəlib.

Yaponiya tərəfdən Şimali Koreyaya qarşı hazırda tətbiq edilən sanksiyalara əsaəsn iki ölkə arasında bərə əlaqəsi dayandırılıb, bu ölkənin gəmilərinin Yaponiya limanlarına daxil olmasına qadağa qoyulub, bütün növ idxal və ixrac kəsilib. Yeni sanksiyaların tətbiqi isə qeyri-qanuni ixracın tamimlə dayandırılmasını nəzərdə tutur.

Xüsusilə, kütləvi qırğın silahlarının hazırlanması üçün nəzrdə tutulan detalların Şimali Koreyaya qeyri-qanuni ixracının qəti şəkildə qarşısının alınması, gəmilərdə əvvəllər nəzərdə tutulan yoxlama sisteminə əsasən tətbiq edilən siyahıya əlavə qurğu və detalların daxil edilməsi də planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.