DÜNYA


Yaponiya Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayıb

Tokio, 28 iyul, AZƏRTAC 

Yaponiya hökuməti Şimali Koreyaya qarşı Çin şirkətlərini də əhatə edəcək yeni sanksiyaların qəbulu barədə qərar qəbul edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Əgər əvvəllər aktivlərin, şirkət və fərdi şəxslərin hesablarının dondurulması kimi tədbirlər yalnız Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəli şirkətlərə tətbiq edilirdisə, bundan sonra həm də bu ölkə ilə maliyyə əməliyyatları aparan, nəqliyyat daşımaçılığı, xarici iqtisadi əlaqələr və xüsusən də Şimali Koreya üçün əsas valyuta mənbəyi olan kömür ticarəti ilə məşğul olan şirkətlərə də şamil ediləcək.

Aktivləri və əməliyyatları dondurulacaq şirkətlərin siyahısına beş firmanın və doqquz şəxsin adları əlavə olunub. Həmin şirkətlərdən ikisi Çinə məxsusdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.