DÜNYA


Yaponiya Ukrayna ilə viza rejiminin ləğvi üzərində işləyir

Kiyev, 15 iyun, AZƏRTAC

Yaponiyanın Nazirlər Kabineti Ukrayna ilə viza rejiminin ləğv edilməsi üzərində işləyir.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, bunu Ukrayna-Yaponiya Parlamentlərarası Dostluq qrupunun həmsədri Leonid Yemec deyib.

Onun sözlərinə görə, Yaponiya parlamenti Ukrayna ilə viza rejiminin ləğv edilməsinə tam dəstək verəcəyini açıqlayıb.

Ukraynalı deputat viza rejiminin ləğvi ilə bağlı konkret vaxt deməsə də, 2020-ci il Tokioda keçiriləcək Olimpiya Oyunlarına qədər bu məsələnin həllinə çalışdıqlarını bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.