CƏMİYYƏT


Yaponiya alimləri: Gövdə hüceyrələri bəşəriyyəti korluqdan xilas edəcək

A+ A

Bakı, 2 fevral, AZƏRTAC

Kioto və Osaka universitetlərində, “Riken” Təbiət Elmləri İnstitutunda və Kobe Tibb Mərkəzində çalışan yapon alimləri gövdə hüceyrələri vasitəsilə gözün tor qişası toxumalarının “əkilməsi” üzrə ilk əməliyyata hazırlaşırlar. TASS-ın yaydığı məlumata görə, müvafiq klinik tədqiqatlar 2017-ci ilin birinci yarısında aparılmalıdır. Səhiyyə, Əmək və Rifah Nazirliyinin ekspert komitəsindən artıq razılıq alınıb.

AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, həkimlər gövdə hüceyrələri əsasında əldə edilmiş göz qişası toxumasını yaşla bağlı makulyar degenerasiyadan əziyyət çəkən adama köçürmək fikrindədirlər. Donor üçün xüsusi tip immuniteti olan, yəni hüceyrələri istənilən orqanizmdə yaşaya bilən adam seçiləcək.

Məlumatda, həmçinin Yaponiyada xüsusi yolla əldə edilən gövdə hüceyrələri bankının yaradılması planından da söz açılır. Bu, müvafiq əməliyyatların aparılmasını tezləşdirməyə imkan verəcək. Məsələ ondadır ki, pasiyentin toxumalarından bu cür hüceyrələrin yetişdirilməsinə altı aydan on ayadək vaxt sərf olunur. Lakin bank gözləmə müddətini bir-iki ay edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.