CƏMİYYƏT


Yaponiya alimləri ağciyər xərçəngi riskini artıran altı gen aşkar ediblər

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Yaponiya Xərçəng Xəstəlikləri Mərkəzinin mütəxəssislərinin aşkar etdikləri altı gendə baş verən dəyişikliklər ağciyər xərçənginə tutulma riskini artırır. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Asaxi” qəzeti yazır.

Tədqiqata xərçəngin müxtəlif mərhələlərindən əziyyət çəkən xəstələr və sağlam adamlar cəlb olunublar. Alimlər müəyyən ediblər ki, orqanizmə infeksiya düşəndə immun reaksiyasına məsuliyyət daşıyan altı gendə hətta cüzi fərqlər epidermal inkişaf faktoru reseptorları deyilən reseptorların doğurduğu ağciyər şişi hüceyrələrinin inkişafını sürətləndirir. Xərçəngin bu növü siqaret çəkməyən kişilər və qadınlar üçün səciyyəvidir.

Bu altı genin təkcə birində mutasiyanın baş verməsi xərçəng xəstəliyinin yaranması riskini orta hesabla 20 faiz artırır, bəzi hallarda bu göstərici hətta 40 faizə çatır.

Yaponiyalı mütəxəssislərin fikrincə, bu genlərin kəşfi xərçəngə meylli insan qruplarının effektiv müəyyən olunmasına və onların tibb müəssisələrində qeydiyyata alınmasına kömək edə bilər. Bu da öz növbəsində erkən mərhələlərdə xəstəliyin daha sürətlə diaqnozlaşdırılmasına və buna müvafiq olaraq sağalma şansının yüksəlməsinə gətirib çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.