DÜNYA


Yaponiya avtomobil istehsalçısı avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb

Bakı, 7 iyul, AZƏRTAC

Yaponiyanın “Nissan” avtomobil istehsalçısı “ProPILOT Park” tam avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb.

AZƏRTAC “CHIP” resursuna istinadən xəbər verir ki, avtomobilin parklamaya qoyulması prosesinin avtomatlaşdırılması üzrə həllər çoxdan mövcuddur və əksər istehsalçılar, o cümlədən “Ford” və “Toyota” şirkətləri tərəfindən istifadə olunur. Lakin onların hamısında sürücü tərəfindən avtomobilin sürətinin akselerator pedalını basmaqla idarə edilməsi tələb olunur. Yeni “Nissan” texnologiyası isə bu funksiyanı da özündə birləşdirəcək.

Məlumata görə, texnologiyanın əsasını kamera və ultrasəsli ötürücülərdən istifadə təşkil edir. Onlar vasitəsilə avtomobil müstəqil şəkildə lazımi qabaritli parklama yerini tapacaq və tam avtomatik rejimdə həm ön, həm də arxa hərəkətdə paralel, diaqonal və ya perpendikulyar parklamanı yerinə yetirəcək.

Sistemlə təchiz ediləcək ilk model Yaponiya istehsalçısının yaxın vaxtlarda təqdim etməyə hazırlaşdığı “LEAF” elektromobilinin yeni versiyası olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.