DÜNYA


Yaponiya birgə iqtisadi fəaliyyəti öyrənmək üçün Rusiyaya nümayəndə heyəti göndərəcək

Tokio, 24 iyun, AZƏRTAC 

Yaponiya gələn həftə Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın iddia etdiyi mübahisəli adalar məsələsini müzakirə etmək üçün hökumət və özəl sektorun üzvlərindən ibarət nümayəndə heyətini bu ölkəyə göndərəcək. Qrup təklif edilən birgə iqtisadi fəaliyyətlə bağlı yerli şəraiti də araşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida məlumat verib. Nazir bildirib ki, 70 nəfərdən ibarət qrup iyunun 27-də beş günlük səfərə yola düşəcək. Nümayəndə heyətinə Baş nazirin xüsusi müşaviri Eyiçi Haseqava rəhbərlik edəcək.

Qrup üzvlərinin Rusiya tərəfindən yerli administrasiyanın nümayəndələri, o cümlədən Saxalinin qubernatoru ilə görüşü planlaşdırılır.

F.Kişida vəziyyətin yerində araşdırılmasının qarşılıqlı inamı artıracağına ümidvar olduğunu bildirib. Əlavə edib ki, bu addım tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün mühüm addım olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.