DÜNYA
Yaponiya əhalisi bir il ərzində 160 min nəfər azalıb
Bakı, 13 iyul, AZƏRTAC
Yaponiya əhalisi ardıcıl olaraq 7 ildir azalmaqda davam edir. Cari ilin əvvəlində ölkədə əhalinin sayı 128 milyon 66 min 211 nəfər olub. Bu da keçən illə müqayisədə 160 min 272 nəfər azdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq göstəricilər Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin iyulun 13-də dərc olunan məlumatında əksini tapıb.
Sənədə əsasən, 2016-cı il yanvarın 1-də yaponların sayı 125 milyon 891 min 742 nəfərə qədər azalıb ki, bu ötən ilin müvafiq göstəricisindən 271 min 834 nəfər azdır. Ölkədə yaşayan xaricilərin sayı isə əksinə, 111 min 562 nəfər (5,41 faiz) artaraq 2 milyon 174 min 469 nəfərə çatıb.
Beləliklə, Yaponiyada daimi yaşayan xaricilər əhalinin ümumi sayının 1,7 faizini təşkil edib.
“Gün doğan” ölkədə bir il ərzində 1 milyon 10 min 046 nəfər anadan olub, 1 milyon 296 min 144 nəfər isə dünyasını dəyişib. Vəfat edənlərin sayının artması ölkə əhalisinin sayının kəskin azalmasına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]